Birinci dəfədir ki, ABŞ-ın Massaçusets ştatının Kembric şəhərinin bələdiyyə başçısı müsəlman qadın seçilib.
 
Moderator.az xəbər verir ki, 31 yaşlı Sumbul Siddiqi Pakistanda anadan olub və uşaq ikən valideynləri ilə birgə ABŞ-a mühacirət edib. Müsəlman xanım Braun Universitetini dövlət idarəetmə ixtisası üzrə bitirib və eyni zamanda Pritzker Hüquq məktəbində hüquqşünas diplomu alıb. Mer seçilməzdən əvvəl Siddiqi Kembric şəhər məclisinin üzvü olub.

Gənc xanım siyasətçinin etiraf etdiyi kimi, ona bir çox islamofob mesajlar və dini zəmində təhqirlər ünvanlanır. Lakin bu, müsəlman qadının işləməsinə mane olmur, əksinə, cəmiyyətdə ksenofobiyanın aradan qaldırılması üçün fəal addımlar atmağa təkan verir.
Məlumat üçün deyək ki, 2010-cu il siyahıyaalınmasına əsasən, Kembric şəhərinin əhalisi 105 min 162 nəfər olub. Lakin şəhərdə ətraf rayonlardan gələn bir çox insanlar da işləyirlər.
Kembric həm də iki təhsil və elmi tədqiqat mərkəzi – Harvard Universiteti və Massaçusets Texnoloji İnstitutu ilə tanınır.