Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova növbədənkənar parlament eçkilərində iştirak edəcək. K. İsmayılova bildirib ki, parlament seçkilərində öz gücünü sınamağı planlaşdırır.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Müasir Müsavat Partiyasının namizədləri arasında K.İsmayılova da var.

“Bəllidir ki, son zamanlar ölkə başçısı cənab İlham Əliyev dövlət idarəçiliyində, siyasətdə gəncləri görmək istədiyini bildirib. Bu, çağırış gənclər üçün həm böyük məsuliyyətdir, həm də bizi daha böyük amallara ruhlandırır. Azərbaycan cəmiyyəti hər zaman ölkə başçısının çağırışlarına hazır olmalıdır” -deyə, xanım namizəd əlavə edib.

K.İsmayılova bildirdi ki, o müasirləşən Azərbaycanda baş verən yenilikləri özü üçün bir çağırış olaraq qəbul edir. Və bu istiqamətdə öz məsuliyyətini anladığı üçün parlament seçkilərində öz gücünü sınamaq istəyir.