Filippində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində azı 37 nəfər xəsarət alıb.

Aenpress.info-Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bütün xəsarət alanlar Davao Del Sur əyalətində olub.

Daha əvvəl zəlzələ nəticəsində 16 yaşlı qızın həlak olduğu bildirilirdi.

Bildirilir ki, Davao Del Sur əyalətində elektrik enerjisinin verilməsində problemlər yaranıb. Zəlzələ həmçinin bir neçə binaya ziyan vurub.

Xatırladaq ki, ötən gün Filippində 6,8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, ocağı isə 28,2 kilometr dərinlikdə yerləşib.