Bakıda “Opel Astra” markalı avtomobil yolda yanıb.
Bu barədə Baku.ws-in “Qaynar Xətti”nə məlumat daxil olub.
Məlumata görə, avtomobil “Şamaxinka” adlanan ərazidən üzü 20 Yanvar dairəsinə gedən istiqamətdə yanıb.
Hadisə yerinə gələn FHN rəsmiləri avtomobili söndürməyi bacarıb.
Xəsarət alanlar barədə məlumat yoxdur.
https://youtu.be/CA566Ial8uw