Nəsiman Yaqublu
Tarix elmləri doktoru

Sabah Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Bu münsibətlə aşağıdakı yazımı oxuculara təqdim edirəm. Hər bir Azərbaycan vətəndaşının borcu müqəddəs üçrəngli Bayrağımızı sevməli və onu yüksəklərə ucaltmalıdır.

ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI

Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilib, əzizlənib, adına və hüsnünə şeirlər yazılıb, mahnılar bəstələnib. Sovetlər Birliyindəki mövcud rejim üçrəngli bayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də, onu ürəklərində yaşadan insanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdı:

Çoxdandır ayrı düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum,
Bu gizli ağlamaqdan.

Bəs xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də mövcud olan bayrağımızın yaranma tarixindən, onun mənasından, ağ ayparanın və səkkiz guşənin nə olduğundan, hansı ideyalardan qaynaqlandığından yetərincə məlumatlıyıqmı?

1918-ci ilin 28 Mayında tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, de¬mok¬ratik prinsiplərə söykənən Avropa sistemində bir dövlət qurulurdu. Azər-baycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri” adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qur¬tuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə bir¬ləş¬di-rən bir hərəkatdır”.
M.Ə.Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz “Cüm¬huriyyət” olacağını hələ 1917-ci ildə “Açıq söz” qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyni adlı məqalədə “Cümhuriyyətdən-Cüm¬hu¬riy¬yətə fərq var” deyərək yazırdı: “Məhkum sinif və millət gözü ilə ba-xıl¬dıq¬da işıqlı (kübar) istibdad-qarasından, məşrutiyyət-işıqlı istibdaddan, cüm¬huriyyət-məşrutiyyətdən, cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və da¬ha müvafiq məqamdır… Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cüm¬huriy¬yəti )”.
M.Ə.Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə ma¬yın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında hə¬min ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qə¬rar¬dan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.
Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə ey¬nilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bay¬ra¬ğın¬dakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cüm¬huriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.
ardi Moderator.az saytinda