Valeh Kərimov: “Uşaqlara lap körpə vaxtlarından bayrağa məhəbbət oyatmaq lazımdır”
Noyabrın 9-u Dövlət Bayrağı Günüdür.

Gənc nəslin bayrağa, millətə, vətənə və torpağa sevgi ruhunda tərbiyəsi baxımından milli ruh və dəyərləri özündə əxz edən tamaşaların, filmlərin önəmi nə dərəcədə böyükdür? Bu yöndə daha ciddi və sistemli addımların atılmasına sehtiyac varmı?

Moderator.az-a açqlama verən xalq artisti Valeh Kərimov bununla bağlı hər zaman davamlı iş aparmağın vacib olduğunu vurğuladı:

“Şübhəsiz ki, bu yöndə yeni tamaşaların, yeni filmlərin ortaya qoyulmasına, bayraq, millət, torpaq sevgisinin davamlı təbliğinə həmişə ehtiyac var. Bunun da ən yaxşı nümunəsi Türkiyədir. Türkiyənin bayraq sevgisi bütün dünyaya nümunədir.

Uşaqlara lap körpə vaxtlarından bayrağa məhəbbət oyatmaq lazımdır. Uşaqlara hər zaman vətənə, bayrağa, torpağa sevgi təbliğ edilməlidir. Buna daima ehtiyac var. Bu yöndə təbliğat kampaniya şəklini almalı, ancaq müəyyən dövrləri əhatə etməli deyil. Bu, bütün il boyu həyata keçirilməlidir. Vətənə sevgi qanda, canda olmalıdır. Bu məsələdə böyük və davamlı təbliğata hər zaman ehtiyac var”.