Dünya Azərbaycanlıları Assambleyasının futbol klubu olan “AZE Nakhchivan SK” Köln futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb.

Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev, əsas məqsədin peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etmək olduğunu bildirib:

“Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır. Diqqəti bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına Avropalıların diqqətini cəlb etməkdir. Eyni zamanda peşəkar futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdir”.

Futbol mütəxxəsisi Aydın Karaca “AZE Nakhchivan” SK futbol klubunun rəhbəri, Serdar Demir klubun icraçı direktoru, klubun rəhbərinin müavini Nana İzak (Qanalı futbol mütəxxəsisi), Erkan Çelik isə maliyyə məsələlərindən məsul şəxs, Araz Naxçıvan futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib.

Klubun artıq 1 yaşıl , 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assmableyasının futbol klubu olan “AZE Nakhchivan SK” klubu 2017-ci il 12 sentyabr tarixində Almaniyanın Köln şəhərində təsis edilmişdir.