ABŞ-dan Azərbaycana gətirilən “Deicer” xüsusi texnikası Heydər Əliyev Beynəlxalq Hava Limanına gecikmə ilə çatdırılıb.

“Report” bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 3 avtomobil ölkəyə “Network Global Logistics” (NGL) nəqliyyat şirkətinin vasitəçiliyi ilə gətirilib. Avtomobillər Oleytedə (Kanzas ştatı) yüklənib və Bakıya çatdırılmaq üçün Türkiyəyə göndərilib. Yük Türkiyəyə aparılarkən dorian qasırğası səbəbilə yolda gecikmələr olub. Ancaq avtomobilləri xətər yetirilmədən təyinat nöqtəsində çatdırmaq mümkün olub.

Qeyd edək ki, Mərkəzi Asiya regionunda qrup daşımaları xidməti göstərən NGL şirkəti 80-dən çox ölkədə yüksək ixtisaslı mütəxəssisləri bir araya gətirib.