Ötən həftə azadlığa buraxılan müğənni Fədayə Laçın bu gün bu şərəfə məclis düzənləyib.

Moderator.az-ın əldə etdiyi məlumata görə, Fədayə bu gün yaxın dostlarını, sınaq dövrünü yaşadığı müddət ərzində daima onun kədərini paylaşan şəxsləri, sənət yoldaşlarını başına yığaraq şadyanalıq edəcək. Məclis şəhər məkanlarının birində baş tutacaq.

Xatırladaq ki, Fədayə Laçın 2017-ci ildə “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci il oktyabrın 30-da həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.

Oktyabrın 29-u, səhər 08:30-da 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.