Kanadada yaşayan neft milyonçusu Ron Karey həftəsonu həyat yoldaşıyla birlikdə 116 illik “Vintage” markalı avtomobiliylə yol gedərkən qəzaya düşüb. Səksən yaşlı iş adamının avtomobilinə yük maşınının çırpıldığı bildirilir.

Moderator.az xəbər verir ki, Karey həyat yoldaşı Bill ilə birlikdə 1903-cü il model avtomobiliylə Londondan Briqhton şəhərinə gedərkən əks yola çıxıb və qəzaya düşüb. Qəza nəticəsində Karey yerindəcə dünyasını dəyişib, ağır vəziyyətdə olan həyat yoldaşı isə Londondakı xəstəxanalardan birinə yerləşdirilib.

Hadisəylə bağlı mediaya açıqlama verən Kareyin dostları onun qədim avtomobillərə həmişə marağı olduğunu bildiriblər.