Biz hamımız dünyada bir dayaq və yavər axtarırıq. Saniyə-saniyə həyatımızı onunla bölüşmək istəyirik. O, həm şadlıqda və həm də çətinliklərdə yanımızda olsun. Bizim yar və yavərimiz olsun. Ancaq çox zaman şadlıqlarda bizimlə olanların sayı daha çox olar. Kiçik bir çətinliyimiz olan zaman bizi öz başına buraxarlar. Bizim hər halımızda yanımızda olanların sayı çox azdır. (Tebyan)
Həqiqətən, insan bu dünyada kimə etimad edə bilər ki? Allahdan başqa insan üçün başqa pənah yeri və bir dayaq yoxdur. Pənah saydığımız yerlərimiz tezliklə aradan gedər və bizi yalnız buraxarlar.

Allahın bizi himayə etməsini daima hiss etməyimiz üçün müəyyən şərtlər lazımdır. Allah onları bəndələri üçün bəyan etmişdir. Allah baxmayaraq ki, hamını himayə edib, yardım edər, ancaq bu şərtlər olan zaman Allahın xüsusi yardımını almış olarıq. Allah buyurur: “Mən sizinləyəm”.

Şərtlər bunlardır:

1. Namaz. Allah buyurur: “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152).

2. Zəkat. Allah buyurur: “ Zəkat verin”.

3. Peyğəmbərlərə (ə) iman və yardım. “Peyğəmbərlərə iman gətirin və onlara yardım edin”. Bəli, peyğəmbərə (ə) iman gətirmək kifayət deyildir. İmandan başqa onlara yardım əlimizi də uzatmalıyıq.

4. Allahın xəlq etdiklərinə yardım etmək. Əgər kimsə həyatı boyunca Allahın sevgisini hiss etmək istəyirsə, gərək Allahın xəlq etdiklərinə yardım etməkdən imtina etməsin. İnsanların çətinliklərini aradan qaldırmaqda ön sıralarda olmalıdır. Allah Təala buyurur: “Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm”. (“Maidə” 12).

5. Dua etmək. İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət – duadır. İmamdan (ə) soruşurlar ki, çoxlu Quran oxumaq yaxşıdır, dua etmək. İmam (ə) buyurur: “Dua etmək. Məgər eşitmədin ki, Allah Təala buyurur: “De: Əgər dualarınız olmasa, mənim Pərvərdigarım sizə etina etməz”.

6. Səbir. Allah buyurur: “Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!”. (“Bəqərə” 157).

Başqa yerdə buyurur: “Allah səbirliləri sevir”. (“Ali-İmran” 146).

Allah Təala bizləri Öz xüsusi rəhmətində qərar versin.

Posted in: Din