Suriyanın şimalından Türkiyənin Şanlıurfa rayonuna 4 raket atılıb.

Hücum zamanı çox sayda insan yaralanıb. Mərmilər evlərə və nəqliyyat vasitələrinə tuş gəlib. Bölgəyə çox sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib.

Məlumata görə, hücumu PKK-PYD terrorçuları təşkil edib.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Milli Suriya Ordusu ilə birgə Fərat çayının şərq sahillərində PKK-YPG terrorçularına qarşı əməliyyatlara başlayıb. 109 terrorçu məhv edilib.(Redaktor.az)