Paytaxtın Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Moderator.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmallədin Qədim deyib. O bildirib ki, ticarət mərkəzi fəaliyyətini davam etdirir:

“Bura Qafqazın ən böyük ticarət mərkəzlərindən biridir və burda 40 mindən çox adam çalışır. Hazırda heç bir narazılıq yoxdur və hər kəs iş başındadır. Bəzi şəxslər tərəfindən “Sədərəy”in bağlanması barədə yayılan məlumatlar şayiədir”.