“Türkiyə Fərat çayının şərqinə doğru antiterror əməliyyatına başlayıb”.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

*** 12:49

Türkiyə ordusu Suriyada antiterror əməliyyatı keçirəcəyi əraziyə daxil olub.

“Report” “Haber 7”yə istinadən xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi yayıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Suriyanın şimalında “Barış pınarı” (“Sülh bulağı”) adlı antiterror əməliyyatının başlaması ilə bağlı məlumatı nə təsdiq, nə təkzib edib: “İşlərimizi davam etdirik. Hərbçilərin dislokasiyası, hazırlıqları davam edir”.