Azərbaycan Rusiya tərəfindən ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

Bu barədə mediaya Azərbaycan Energetika naziri Pərviz Şahbazov məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan hələ ki, məlum təklifi nəzərdən keçirir və konkret bir şey demək hələ tezdir.

Moderator.az xəbər verir ki, Azərbaycanda AES-in inşası sovet dönəmində də gündəmdə olub. Lakin Lakin mərhum prezident Heydər Əliyev nə sovet dönəmində, nə də müstəqillik illərində Azərbaycanda AES-in inşasına maraq göstərməyib.

Heydər Əliyevin tarixi çıxışlarının təhlili göstərir ki, Heydər Əliyev gələcəkdə də Azərbaycanda AES-lərin tikintisinə müsbət baxmır, bunu ölkəmiz üçün riskli bir addım kimi dəyərləndirirdi. Onun 23 may 2000-ci il tarixində Şəmkir Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanışlıq zamanı səsləndirdiyi fikirlər bunu bir daha sübut edir:

“Sual: Daha etrafli Moderator.az saytinda