Argentinalı futbolçu Ezekiel Esperon vəfat edib. 23 yaşlı futbolçu binanın 6-cı mərtəbəsindən yıxılıb.

Təcili xəstəxanaya aparılan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, faciə oktyabrın 6-da, saat 3:00 radələrində baş verib. Dostları ilə birlikdə binanın balkonunda partidə olan Esperon, ehtiyatsızlıqdan yerə yıxılıb və vəfat edib.

Ezekiel Meksikanın “Atlante” klubunda forma geyinirdi.(Modern)