Ermənilər qondarma soyqıırm iddialarının təbliği istiqamətində yeni addım atıb.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu günlərdə Gomidas Vartabet adlı erməni musiqiçisinin vaxtiylə topladığı mahnılar kitab şəklində çap edilib. 4 minə qədər mahnı notunun yer aldığı kitabla bağlı ən maraqlı məqam isə orada uydurma “erməni soyqrımı”ndan bəsh edən mahnıların olmasıdır. Kitabın adı da məhz bu qondarma soyqıırmdan bəhs edən mahnının adı ilə “Qəlbim o viran evlərə bənzər” adlanır.

Kitabda yer alan mahnıların yaxın gələcəkdə müxtəlif disklər vasitəsi ilə geniş kütləyə çatdırılması, habelə internet üzərindən yayımlanması planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, 1915-ci ildə I Dünya müharibəsində 7 müxtəlif cəbhədə müharibə aparan Osmanlı imperiyasına qarşı qiyam qaldıran ermənilər on minlərlə türkü məhv edib, onları amansız işgəncələrə məruz qoyub. Daha sonra bu tarixi cinayətin məsuliyyətindən yaxa qurtarmağa çalışan ermənilər özlərini bu soyqırımının qurbanları kimi qələmə verərək dünya ictimaiyyətini bu yalana inandırmağa çalışıblar. “Qəlbim o viran evlərə bənzər” adlı kitab da məhz bu təbliğatın tərkib hissəsidir.