Səhiyyə Nazirliyi Qaxda baş verən partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Qaxda baş verən partlayış nəticəsində 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlardan 4-ün vəziyyəti yüngül, 2-nin vəziyyəti isə orta-ağır stabildir.

Həkimlərin bildirdiyinə görə xəstələrin həyati təhlükəsi yoxdur.