Türkiyənin Bursa şəhərində yaşayan Ülkər Bayrağın 14 kiloqram çəkisi, 65 santimetr boyu var. O, doğulduqdan sonra inkişafdan qalıb.

Moderator.az xəbər verir ki, Ü.Bayrağın həmçinin 14 yaşı var. 2005-ci ildə Adnan və Əlif Bayraq cütlüyünün ailəsində dünyaya gələn Ülkər inkişafdan qaldığı üçün hələ körpəykən həkimə göstərilib.

Müayinə zamanı həkimlər onun milyonda bir insanda aşkar edilən “Silver-Russel” (böyümə və inkişaf geriliyi) xəstəsi olduğunu aşkar ediblər. İndi Ülkərin bu görünüşü hamının təəccübünə səbəb olur. Ülkərin ən böyük arzusu isə Prezident Rəcəb Tayyib Ərdoğanla və “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəllə görüşməkdir.

Ailəsi isə onun doğularkən 850 qram olduğunu bildirib.

Moderator.az fotoları təqdim edir.