Azərbaycanda bakalavriat səviyyəsində ən bahalı ixtisaslar üzrə təhsil xərcləri 20 faizdən çox artırılıb.

Bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.

Sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində solo oxuma, dirijorluq, bəstəkarlıq və musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 1380 manat artırılaraq 6 min 820 min manatdan 8 min 200 manata qaldırılıb. (APA)