Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunda qeydə alınıb.

Rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Elçin Oqtay oğlu idarə etdiyi “VAZ 21010” markalı avtomobillə hərəkətdə olarkən, ürək tutmasından sükan arxasında ölüb.

Faktla bağlı araşdırma aparılır.