
aenpress.info- Moderator.aza istinadən xəbər verir ki, Türkiyənin məşhur müğənni-bəstəkarı Sinan Akçil dünən axşam saatlarında konsertə gedərkən qəzaya uğrayıb. O, qarşıdan sürətlə gələn motosikletçiyə dəyməmək üçün yoldan çıxmağa üstünlük verib. Bu zaman başı avtomobilinin şüşəsinə dəyib və yaralanıb. Buna baxmayaraq, sənətçi başı yaralı vəziyyətdə konsertə gəlib və 10 min tamaşaçı qarşısında 90 dəqiqəlik çıxışını edib.