Türkiyə-Suriya sərhədində yerləşən Çobanbəy qəsəbəsində ən azı 12 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib.

AZƏRTAC Türkiyənin NTV telekanalının saytına istinadla xəbər verir ki, Hələb inzibati ərazisinə daxil olan bu qəsəbədə bir yük maşınında yerləşdirilmiş bombanın partladılması nəticəsində daha 25 nəfər yaralanıb. İnsident Çobanbəy qəsəbə xəstəxanasının yanındakı avtomobil parkında baş verib. Hadisə yerinə gələn mülki müdafiə dəstələri güclü partlayış nəticəsində çökən evlərin dağıntıları altında insanların çıxarılması əməliyyatını həyaya keçirirlər. Ölü sayının artacağı da ehtimal olunur. Terror aktı nəticəsində xəstəxana binasına da ciddi zərər dəyib.