Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubundan getmək istəmədiyini deyib.

Trend-in məlumatına görə, 32 yaşlı hücumçu “Sport” nəşrinə müsahibəsində – “Barselona” mənim evimdir. Getmək yox, qələbələr qazanmaq istəyirəm – deyə, bildirib.

Xatırladaq ki, Messinin Kataloniya klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək. Daha əvvəl məşhur forvardın karyerasını MLS-də davam etdirmə variantını nəzərdən keçirdiyinə dair xəbərlər yayılıb. Bildirilib ki, “İnter Mayami”nin sahiblərindən olan Devid Bekhem öz klubuna gəlişinin nə dərəcədə real olduğunu öyrənmək üçün onun meneceri ilə əlaqə saxlayıb.