Türkiyənin İzmir vilayətində ildırım vurması nəticəsində 7 hərbçi xəsarət alıb.

Trend-in məlumatına görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti normal qiymətləndirilir.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında ildırım vurması nəticəsində 5 hərbçi həlak olmuşdu.