Azərbaycan hökuməti miqrasiya sahəsində böyük uğurlara imza atıb.

Trend-in məlumatına görə, bunu “Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin sədri vəzifəsini icra edən Can Unver deyib.

Onun sözlərinə görə, Azərbaycanın miqrasiya ilə bağlı qanunvericiliyi təqdirəlayiqdir.

C.Unver əlavə edib ki, bu gün miqrasiya qlobal problemlərdən biridir: “Bu, bütün dünya dövlətlərinə təsirsiz ötüşmür. Daha yaxşı həyat yaşamaq üçün milyonlarla insan bir ölkədən digərinə köç etməkdədir. Amma onlar təyinat ölkəsinə getdikdən sonra da orada çoxsaylı problemlərlə üzləşirlər. Bu situasiya onları daha da həssas qruplara daxil edir. Əfsuslar olsun ki, onlar belə bir arzuounmaz stuasiyada müdafiə olunmaq gücündə olmurlar. BMT də bu problemlərin həlli üçün ciddi cəhdlər göstərir”.