Ermənilər işğal edilmiş torpaqlarımızda sözün həqiqi mənasında at oynadır.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, ağır dağ relyefində müdafiə və hücum əməliyyatlarını məşq edən düşmən süvari və motosikletçilərdən ibarət batalyonları təlimlərə cəlb edib. Dar dağ cığırlarında at və motosikletlərlə hərəkət, habelə hücum əməliyyatlarının təşkili, o cümlədən müdafiə döyüşlərinin həyata keçirilməsi təlimlərin əsasını təşkil edib.

Məlumat üçün qeyd edək ki, düşmən tərəfi yüksək dağlıq relyefdə at və motosikletlərin hərəkətini daha məqsədəuyğun hesab edir. Erməni hərbi komandanlığı hesab edir ki, ağır texnikanın hərəkəti üçün əlverişsiz olan dağlıq relyefdə at və motosikletlər daha çevik hərəkəti təmin edə bilər ki, bu hərbi əməliyyatlarda uğur qazanmaq üçün vacibdir.