Bakının mərkəzində yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu Lev Tolstoy və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Porsche panamera” markalı 90-AD-073 dövlət nömrə nişanlı avtomobil dönmə əməliyyatı zamanı Səməd Vurğun küçəsi istiqamətindən gələn “Ford” markalı 99-HX-126 dövlət nömrə nişanlı yük maşınını yandan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.