İşğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma Qarabağ “respublkikası”nın “xarici işlər naziri” Masis Mayilyan Fransanın millət vəkili Valerie Boyerin Qarabağa səfər edəcəyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.

Qondarma respublikanın qondarma naziri sosial şəbəkədəki hesabında V.Boyeri “ermənilərin ən yaxın dostu” adlandırıb. O, həmçinin qeyd edib ki, Boyer qondarma “erməni soyqırımını” inkara görə cəza verilməsini nəzərdə tutan qanunun da memarıdır.