70 milyondan çox albomu satılan İspaniyanın dünyaca məşhur müğənnisi Kamilo Sesto 72 yaşında dünyasını dəyişib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə sənətçinin sosial media hesabında açıqlama verilib. Yerli “TVE” televiziyasının məlumatına görə, sənətçi Madriddəki xəstəxanada ürəktutmasından vəfat edib.

Qeyd edək ki, 1960-cı ildən tanınmağa başlayan Kamilo Sesto 1971-ci ildə işıq üzü görən ilk albomu ilə məşhurlaşıb. Sesto ingilis, alman, yapon və digər dillərdə də mahnı ifa edib.