Axı xarici vətəndaşın Azərbaycan dövlətindən icazəsiz işğal altındakı torpaqlarımızda nə işi var?..

Azərbaycanın separatçı qondarma rejimin zəbt edərək özünə paytaxt elan etdiyi Xankəndi şəhərində İsraildən qeyri-qanuni şəkildə işğal altındakı Azərbaycan ərazilərinə gəlmiş şəxs bir neçə erməni tərəfindən döyülərək ağır xəsarətlərə məruz qalıb.

Moderator.az xəbər verir ki, işğalçı Ermənistan saytları bu barədə qanunsuz rejim polisinə istinadla məlumat yayıb. Belə ki, sentyabrın 7-də Xankəndinin Melikavan küçəsindəki “Hostel Edvard” otelinin arxasında adları açıqlanmayan, biri 1985, ikisi isə 1990-cı il təvəllüdlü olan 3 erməni qardaş mübahisə zəminində 45 yaşlı bir İsrail vətəndaşını döyüb. Qardaşlar yumruq və təpiklə əcnəbinin müxtəlif bədən nahiyələrinə zərbələr endirib və başını daşla əziblər. İsrail vətəndaşı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

P.S. Axı xarici vətəndaş Azərbaycan dövlətindən icazəsiz işğal altındakı Azərbaycan ərazilərində nə gəzir?..