Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanasının uşaq şöbəsində “nağıl saatı” keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşları uşaqlara nağıllar söyləyib. Daha sonra uşaqlar nağıl qəhrəmanları barədə fikirlərini bildiriblər. Nağıllar uşaqlarda yaxşı ilə pisi ayırmaq, hadisələri qiymətləndirmək bacarığı formalaşdırır.

Beləliklə, bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirir.