Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva Vahid Rusiya Partiyasının Mərkəzi İcra Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Valeriya Qoroxova ilə görüşüb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

S.Fətəliyeva Yeni Azərbaycan Partiyası ilə Vahid Rusiya Partiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, hər iki partiya arasındakı sıx münasibətlər ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.

Öz növbəsində, V.Qoroxova da Vahid Rusiya Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrə önəm verdiyini deyərək, mövcud əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.