Müğənni Elnarə Xəlilovanın 15 il əvvəl çəkilən fotosunu yayımlayıb.

Sənətçi şəkli 2004-cü ildə əsgərlərlə görüşdə lentə aldırdığını vurğulayıb.

Elnarə paylaşımına “15 il Sərhəd Qoşunları ilə çiyin-çiyinə. Onda hərbi qulluğa başlasaydım, indi polkovnik idim. Fəxr edirəm ki, sərhədçiyəm” sözlərini yazıb.

Qeyd edək ki, E.Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir. O, leytenant rütbəsini daşıyır.(Axşam.az)