Tarixçi Mehmet Perinçek Qurtuluş Savaşında işğalçı qüvvələrə qarşı Türk-Sovet əməkdaşlığı, Atatürkün rəhbərliyi altında qələbəylə nəticələnmiş 30 avqust Zəfər Bayramı haqqında “Sputnik”in Türkiyə bürosuna danışıb.

Moderator.az həmin yazının Azərbaycan dilinə uyğunlaşdırılmış versiyasını təqdim edir:

“Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün başkomandanlığı altında qələbəylə nəticələnən, ölkə torpaqlarının işğalçı qüvvələrdən geri alındığı Böyük Döyüş qələbəsini təmsil edən 30 avqust Zəfər Bayramı ilə bağlı Rusiyadan təbrik və mühüm açıqlamalar gəldi. Rusiya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Dmitri Savelyev “Sputnik” vasitəsilə Türk xalqının Qələbə Bayramını təbrik edib, “Əmin-amanlıq içində çalışmaq və sülh içində yaşamağı arzulayır, xalqlarımız arasındakı dostluq münasibətlərinin gücləndirməsini, Rus-Türk əməkdaşlığının da Avrasiyada təhlükəsizlik və sabitliyin təminatçısı olmasını arzu edirik” – mesajını verdi.
Rusiya Federasiyası Ankara Səfirliyinın “Twitter” hesabında “30 Avqust Zəfər Bayramı mübarək Olsun”, – deyə bildirildi. Rusiyanın İstanbul Baş Konsulluğu da sosial mediada 30 Avqust Zəfərinin 97-ci ildönümünü qeyd etdiyi mesajında “1920-lərin başında gənc Sovet Rusiya dövləti və Mustafa Kamal öndərliyindəki Türk xalqının öz ölkələrinin milli suverenliyini təhdid edən işğalçı güclərə qarşı vuruşduqları vaxt bir-birinə dəstək verməsi vacib idi. O dövrdə yaradılan etimad ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsinə böyük təkan verdi” mesajına yer verib.
Rusiyanın İstanbul Baş Konsulluğunun gündəmə gətirdiyi Türk-Sovet əməkdaşlığı barəsində Tarixçi alim Mehmet Perinçek “Sputnik”ə danışıb.
Tarixçi, “30 Avqust bütün Türk millətinin, əsgəriylə, qadınlarıyla bərabər böyük qələbəsidir. Amma beynəlxalq planda baxdığımızda bu qələbədə Türk-Sovet hərbi ittifaqının da mühüm rol oynadığını görürük. Türk-Sovet hərbi ittifaqı 30 Avqusta gedən prosesdə üç cəbhədə eyni anda hərəkət edirdi. Bunlardan birincisi Şərq cəbhəsiydi. Mondros atəşkəsindən sonra ingilislərin rəhbərlik etdiyi Qərb dövlətləri Cənubi Qafqazda, Azərbaycanda, Gürcüstanda və Ermənistanda tərəfdaş dövlətlər qurmuşdular və “müstəqil” dövlətlər elan etmişdilər. Amma bu dövlətlər Qərbin bölgədəki planlarında rol oynamışdı. Həm Rusiyaya, həm də Türkiyəyə qarşı bu təhlükəni görən, başda Mustafa Kamal olmaqla Sovet və Türk rəsmiləri Qızıl Ordu ilə Türk Ordusunun əməkdaşlıq etməsinə qərar verirlər. Türk qoşunları cənubdan, Qızıl Ordu da şimaldan gələrək oradakı ingilis tərəfdaşı olan hökumətləri bir-bir ortadan qaldırıblar və yerlərinə Sovet hakimiyyətini təsis ediblər” – deyib.
Perinçek “Bu gün Suriyada baş verən Rus-Türk hərbi əməkdaşlığında olduğu kimi, o zaman da ingilislər Türkiyəylə Sovetləri bir-birinə qarşı qızışdırmağa çalışırdı. Hətta oradakı ingilis tərəfdaşı olan qüvvələr bu gün olduğu kimi, iki ölkəni, ordunu qarşı-qarşıya qoymağa çalışırdılar. Lakin bütün bunların hamısı hədər getdi və Türkiyə Şərq cəbhəsini təhlükəsizlik altına alaraq bütün gücünü Qərb cəbhəsinə yerləşdirməyi bacardı”, – deyə davam edib.
Türk-Sovet hərbi ittifaqının baş verdiyi ikinci cəbhənin dəniz cəbhəsi olduğuna işarə edən Perinçek, “Sovet Rusiyasından gələn hərbi yardımlar, qızıllar, silahlar dəniz yolu ilə daşınıb. Qara dəniz boyunca həm Türk, həm Sovet matrosları birlikdə çalışaraq o silahları Sovet sahillərindən Qara dənizdəki Türk sahillərinə aparıblar. Gələn sursatlar da cəbhəyə Türk qadınları tərəfindən daşınıb və bu da 30 Avqust zəfərində mühüm rol oynayıb. Dəniz cəbhəsində iki ölkə arasında sualtı gəmilərin çalışdığını görürük”, – deyib.
Türk-Sovet ortaq kəşfiyyat fəaliyyətlərinin aparıldığına işarə edən tarixçi, “Böyük təhlükələr altında o silahların ingilislərə, yunan və fransız gəmilərinə yaxalanmadan Türk sahillərinə çıxarıldığını görürük. Rus-Türk hərbi əməkdaşlığı, Türk-Sovet hərbi əməkdaşlığı həmin sursatların qərb cəbhəsinə daşınmasında böyük rol oynayıb. İttifaqın son yaşandığı cəbhə isə Qərb bölgəsidir. Türk rəsmiləri Sovet hərbi rəsmiləri ilə Qərb cəbhəsinin bütün sirlərini paylaşıblar. Hətta böyük döyüş ərəfəsində Ilgın manevrlərinə onları dəvət ediblər. Ilgın manevrlərində qarşılıqlı fikir mübadiləsi aparılıb. Önəmli Sovet nümayəndə heyətləri Qərb cəbhəsinə və Ankaraya gələrək Türkiyənin qələbəsində rol oynayıblar. Frunze nümayəndə heyəti gəlib. Rusiyanın ən əhəmiyyətli komandirlərindən biri idi. Türkiyəyə səfir təyin olunan Aralov, yenə önəmli şəxsiyyətdir. Yalnız diplomat deyil, eyni zamanda Sovet hərbi kəşfiyyatının yaradıcılarından və ilk rəhbərlərindən biri olub. Bu səbəbdən onun Türkiyəyə göndərilməsi təsadüf deyil. Gələn Sovet hərbi rəsmiləri də Türkiyənin Qərb cəbhəsində uğur qazanmasında rol oynayıblar”, – deyib.
Perinçek, “(Sovetlər) əllərindən gələn bütün köməyi də göstəriblər. Onsuz da bu səbəbdən Taksim Cümhuriyyət Abidəsində Aralovun da heykəlinin ucaldıldığını görürük. Bu heykəlin orada ucaldılması Türkiyə ilə Sovetlər arasında istər hərbi ittifaqın, istərsə də siyasi alyansın taktiki deyil, strateji məna daşıdığını göstərir. Çünki bir abidəni tikərkən abidənin orada əsrlərlə, hətta əbədi qalması düşünülür. Buna görə də Cümhuriyyət Abidəsinə bir Sovet rəsmisinin qoyulması da Türkiyənin Sovetlərə baxışındakı strateji mənanı bizə göstərir. Bu baxımdan, 30 Avqusta gedən prosesdə Türk-Sovet ittifaqının bu üç cəbhədə mühüm rol oynadığını deyə bilərik. Bu qələbə təkcə Türkiyə üçün bir məna daşımayıb, istər Sovet Rusiyası, istər Türkiyə, Oktyabr İnqilabıyla, 30 Avqustla birlikdə dünyada sosialist inqilabların və milli qurtuluş savaşları dövrünü də başladıbdır. Bu mənada da 30 Avqust yalnız yerli bir məna daşımır, bütün dünyada təsiri olan böyük bir qələbə kimi tarixə düşüb”, – deyə əlavə edib”.