Şəmkirdə yol qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza nəticəsində Lənkəran rayon sakini 1983-cü il təvəllüdlü Məhərrəmov Elburus Hüseyn oğlu ölüb.

Qəza zamanı Bakı şəhər sakini 1989-cu il təvəllüdlü İmanova Çinarə Eyyub qızı, Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Əliyeva Gülsüm Məmmmədağa qızı, Füzuli rayon sakini 1992-ci il təvəllüdlü Babayeva Növrəstə Qardaşxan qızı, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Mirzəyev Xəyyam Ümidvar oğlu, Sumqayıt şəhər sakini Qurbanəliyeva Günel Nəsrəddin qızı, Bakı şəhər sakini Əmiraslanova Sevinc Süleyman qızı, 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Səbəbxanova Göyçək Mehralı qızı, 1956-cı il təvəllüdlü Darmuş Uzun Aşur, Bakı şəhər sakini 1946-cı il təvəllüdlü Süleymanova Qələm Cavad qızı, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Kazımova Arzu Mətləb qızı, Füzuli rayon sakini 1969-cu il təvəllüdlü Məmmədova Minayə Ərşad qızı, Qax rayon sakini 1997-ci il təvəllüdlü Əliyev Nicat Gəray oğlu və Qax rayon sakini 1997-ci il təvəllüdlü Ələkbərov Nicat Gəray oğlu xəsarət alıblar.