Moderator.az Kulis.az-a istinadən “Kurtlar Vadisi” serialından Nazife ana obrazı kimi tanıdığımız Serpil Tamurla müsahibəni təqdim edir.

– Serpil xanım müsahibəyə başlamadan suallarınız çox uzundur deyir. Araya gülüşmə düşür.

– Xoş gəlmisiniz Bakıya. İlk gəlişinizdir?

rbt

Kariyeranıza nəzər salsaq, teatrla başlamısınız və indi də davam edirsiniz. Sizin üçün teatr nəyi ifadə edir?

-Teatr mənim üçün həyatın özüdür, hər şeydir. Teatr mənim üçün məbəddir, müqəddəsdir. Teatrda olduğum üçün çox şanslıyam. Onun yeri bambaşqadır.

-Biz sizi seriallardan tanıdıq. Türkiyədə serial sektoru necədir?

– 33 ildir ki, seriallarda rola alıram. 56 ildir isə teatrdayam. Digər ölkələrlə müqayisə aparsaq Türkiyə serial sektorunda xeyli qabaqlardadır. Serial sektorumuz çox parlaq vəziyyətdədir.

– “Kurtlar Vadisi” serialında sizi Nazife ana kimi tanıdıq. Bir az bu serialdan danışarısnız…

-O elə obraz idi ki, mənə tezliklə yapışdı. “Poladın anası bizim anamız” sloqan kimi hər yerə yayıldı. Teatr turnelərinə çıxırıq. Anadonlunu gəzirik. Getdiyimiz hər yerdə bizə münasibət çox gözəl, səmimidir. Ömər ata ilə Nazifə ana kimi duet yaratmışdıq. Bu ikilidə çox tuturdu. Tamaşaçılar ideal ananı, atanı sizdə gördük deyirdilər. Vuruşma, döyüş kimi səhnələri bol olan serial idi, amma biz Ömərlə bu çaxnaşmanın kənarında qalırdıq. Vurulma səhnəmi çıxmaq şərtilə.

-Həyatdadamı Nazifə ana kimsiniz?

-Demək olar. Pozitiv, duyğulu, həssas…

-Necati Şaşmazla münasibətiniz ana-oğul kimidir?

– Əlbəttə. Ana oğul kimiyik. Bir dəfə çəkilişdə idim. İşimiz gərgin gedirdi. Həmin gün də analar gününə təsadüf edirdi. Necati əlində güllərlə yanıma gəldi. Analar günümü təbriklədi. Bu cür jestlər insanın ürəyindən gələn istəklərdir. O qədər gözəl bir xatirə idi. Bu il eyni hadisəni “Bir zamanlar Çukoravada” Vahidə əlində bir çiçəklə məni təbrik elədi. Bu cür xüsusi təbriklər məni duyğulandırır. 75 yaşındayam.

– Daha gənc göstərirsiniz…