“Həmin rəhbərlik öz istəyi ilə getmədiyi müddətdə AYB-dən elə bir dəyişiklik gözləmirəm”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Nəriman Əbdülrəhmanlı Azərbaycan Yazıçılar Birliyinin on üçüncü qurultayı haqda danışarkən deyib. Yazıçı burda gənclərin elə bir şansını görmədiyini deyib:

“Bildiyiniz kimi AYB-nin üzvlüyündən çoxdan çıxmışam, amma qaldı ki, birliyinin on üçüncü qurultayında gənclərin elə də şansı olacağına ümidli deyiləm. Çünki əksəriyyət yenə də əvvəlki rəhbərliyin qalmasında maraqlıdır və yəqin ki, belə də olacaq. Həmin rəhbərlik öz istəyi ilə getmədiyi müddətdə AYB-dən elə bir dəyişiklik gözləmirəm. O, dəyişiklik həmin adamların özündən asılıdır. Həmin adamlar kifayət qədər işləyiblər, xidmət göstəriblər və onların bu xidmətlərini də hərə bir cür qiymətləndirir. Burda mən qeyri-adi bir şey görmürəm. Yəqin ki, o adamların ömürlərinin bu yaşında rəhbərlik etməsi elə onlar üçün dincəlmək deməkdir”.