2019-cu ildə Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Şuşa şəhərində ermənilərin yaratdığı “Şuşa Texnoloji Universiteti”nə 93 erməni dığası və axçiyi qəbul olub.
Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu haqda torpağımızda faktiki fəaliyyət göstərən erməni ali məktəbinin qəbul komissiyasının əməkdaşı Qayane Bahunts bildirib. Onun sözlərinə görə, ötən il bu “universitet”ə qəbul olanlarıın sayı 48 olub. Deməli, qəbul təxminən iki dəfə artıb.

Q.Bahunts əlavə edib ki, “Şuşa Texnoloji Universiteti”nin distansion təhsil şöbəsinə qəbul hələ də davam edir. Bu günədək 30 abituriyent ərizə verib.
Son məlumatlara görə, Şuşada erməni gənclərə ali savad verən bu təhsil ocağında sentyabr ayından 1356 erməni gənc oxuyacaq.

P.S. Biz yalnız Azərbaycan təhsilini rüşvətdən, Azərbaycan torpağını, o cümlədən Şuşanı da işğalçılardan azad edib orada öz unuversitetlərimizi, kolleclərimizi açdıqdan sonra bir xalq olaraq qürurla danışa biləcəyik…

Sultan Laçın