Azərbaycanda hərbi jurnalistikanın fəaliyyəti ilə bağlı rəqəmlər açıqlanıb.

Hərbi yönümlü “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib ki, Azərbaycanda ilk analitik hərbi sayt Milaz.info olub. 2007-2013-cü illərdə fəaliyyət göstərib.

“Öncə təsisçilərindən biri mən idim. Sonra Hərbi Analitik Tədqiqatlar Mərkəzinə (rəhbəri mərhum polkovnik İldırım Məmmədov idi) verdik. Bir ara baş redaktoru da Uzeir Ceferov oldu. Sonra Cəsur Sümərinli işlətdi. Sayt niyə dayandı bilmirəm”.

R.Süleymanovun sözlərinə görə, hazırda Azərbaycanda Ədliyyə Nazirliyində hərbi vətənpərvərlik istiqaməti üzrə 30-dan çox qəzet və jurnal (müstəqil və ya QHT-lərin təsis etdiyi) qeydiyatdadır.

“Həftəlik nəşr olunan 1, arada-bərədə çıxan 1 qəzet, aylıq və rüblük 3 jurnal, 7 və ya 8 saytın olduğunu bilirəm.

Bundan başqa Müdafiə Nazirliyinə aid 1 qəzet və 3 jurnal, DSX-ya aid bir jurnal, DİN Daxili Qoşunlarında aid 1 qəzet, FHN-ə aid bir qəzet nəşr olunur”.(modern)