Milli Arxiv İdarəsinin rəsmi “YouTube” kanalı istifadəçilərin ixtiyarına verilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, kanalda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin və onun tabeliyində fəaliyyət göstərən Dövlət Arxivlərinin fəaliyyəti barədə respublikanın müxtəlif televiziya kanalları tərəfindən çəkilmiş verilişlər, müsahibələr və digər məlumatlar yer alıb. Bununla yanaşı, idarə tərəfindən Dövlət Arxivlərində mühafizə olunan sənədlər əsasında hazırlanmış sənədli filmlər və bu kimi materiallar kanalda nümayiş etdirilir.

Kanalla bu linkdən https://www.youtube.com/channel/UCD1g36EDIclxY2CZBnxhfAw istifadə etməklə tanış olmaq mümkündür.