ATU-nun Tədris Cərrahiyyə Klinikasında çox çətin və mürəkkəb keçən hamiləlik sağlam uşağın dünyaya gətirilməsi ilə sonlandırılıb. Klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı deyir ki, bətn daxilində ana və uşağın rezus uyğunsuzluğunun çox ağır forması aşkarlanıb. Və bu səbəbdən dölə, ana bətnində 3 dəfə qan transfuziyası icra olunub. Lakin buna baxmayaraq, hamiləliyin son 2 həftəsində xəstəliyin kritik həddə çatması səbəbilə döl təcili olaraq xaric edilib:

“Diaqnoz ana və uşaqda Rh uyğunsuzluğu, Hidrops fetalis, Anemiya, Assit, Ağır trombositopeniya və Böyrək çatışmazlığıdır. Hemoglobin 7q/dl – doğulan zaman qan transfuziyası olunub, parasentezle qarın boşluğundan 450ml maye xaric edilib, böyrək catışmazlığının müvafiq müalicə planı tərtib olunub”.

Neonatoloq hesab edirlər ki, bu diaqnozla körpənin ana bətnində 34 həftəyə qədər yaşaması birmənalı olaraq ginekoloqun apardığı lazımi tədbirlərin nəticəsidir. Əgər ginekoloq tərəfindən ana bətnində dölə qan transfuziyası olunmasaydı, uşaq dünyaya sağ gəlməzdi. Bu, ginekologiyanın uğurudur. Lakin kritik dönəmdeən keçərək 20 günlük müalicədən sonra uşağın sağlam şəkildə evə yazılması ise neonatalogiyanın uğurudur”.

Dəfələrlə övlad itkisi yaşamış ailənin bu dəfə evinə sağlam körpə ilə getməsi Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun, uşaq dünyaya gəldikdən sonra isə klinikanın neanotologiya şöbəsinin müdiri Aygün xanımın verdiyi böyük əməyin nəticəsidir . Aygün xanım bu işin komanda işi olduğunu, söbədə gecə-gündüz calışan əməyi kecən əməkdaşlarını dəyərləndirdiyini bildirmiş, onlara minnətdarlıq etmişdir.

Uğurlu əməliyyatdan sonra ana göz yaşlarını saxlaya bilməyib, həkimlərə sonsuz təşəkkürlərini çatdırıb. Bu ailənin sevincində cərrah Murad Əlibəyov və komandası, kardioloq Elşad Rzayev sonograf Fexriyye Emrahovanın digərlərinin də payı var.