“Ordan hayqanuşlar zəng vurub xalası uşaqlarından əsir oğlanlarının xahişini edəcəklər…”
“Mən inanmıram bunlar Dilqəm və Şahbazı azad etməyin qeydina qalsınlar. Onları azad etmək üçün biz xalq olaraq bütün vasitələrdən istifadə etməliyik”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cəbhənin Füzuli istiqamətində əsir düşən erməni əsgər Kazaryan Aro Xaykoviçin dəyişdirilməsi haqda danışarkən deyib. H.Hacıyev bildirib ki, bir yox, yüz erməni əsgəri əsir götürməliyik ki, düşmənə dərs olsun:

“Dünən Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağın Ermənistanın olmasını elan etdi. Bu artıq Azərbaycan xalqı üçün təhqir yox, söyüş idi və biz bu barədə öz rəsmilərimizdən heç bir açıqlama görməmişik. Bu çox gülünc və utancverici hadisə idi. Ermənilər artıq Dağlıq Qarabağı özününkiləşdiriblər. Amma ermənilərin bir əsgərinin bizlərə əsir düşməsiylə Dağlıq Qarabağı qaytara bilmərik. Həmin əraziləri bombalayıb ermənilərin hamısını əsir götürməliyik. Bu onlara bir dərs olmalıdır ki, nə sərhədlərimizi keçə bilsinlər, nə də təxribata əl atsınlar”.

H.Hacıyev deyib ki, erməni girovluğunda qalan soydaşlarımızın azad olunması üçün bütün variantlardan istifadə etməliyik:

“Dilqəm və Şahbazı azad etməkdən ötrü bütün variantlara əl atmalıyıq. Hanı bizim diplomatik qələbələrimiz?! Bir ermənin əsir düşməsiylə özümüzə təsəlli vermək özümüzü aldatmaq kimi bir şeydir. Yüz ermənini əsir götürməliyik və on əsir verib Dilqəmlə Şahbazı azad etməliyik. Bu bizim bir nömrəli vəzifəmizdir. Mən Azərbaycan xalqını birliyə, müharibə əhval-ruhiyyəsinə köklənməyə çağırıram. Əgər biz bu cür unutqanlıqla getsək, ermənilərin açıqlamalarına baş əysək, sizi inandırım ki, Dağlıq Qarabağı biryolluq itirmiş olacağıq. Erməni əsgərin bizə əsir düşməsinə sevinməməliyik. Biz torpaqlarımızı işğaldan azad etmək üçün partizan müharibəsinə qalxmalıyıq. Erməni əsirin Azərbaycanda qohumları çoxdu, indi bir yiyəsi ortaya çıxacaq. Ordan hayqanuşlar zəng vurub xalası uşaqlarından əsir oğlanlarının xahişini edəcəklər. Mən inanmıram bunlar Dilqəm və Şahbazı azad etməyin qaydına qalsınlar. Onları azad etmək üçün biz xalq olaraq bütün vasitələrdən istifadə etməliyik”.

Vasif Əlihüseyn