Rusiyanın “Ural Hava Yolları”na məxsus A-321 təyyarəsi Moskva yaxınlığında qəza enişi edib. , Simferopoldan Moskvaya uçan təyyarənin mühərrikinə quş daxil olub.
Təyyarənin göyərtəsində 226 sərnişin, o cümlədən 6 uşaq olub. Təyyarə qəza enişini qarğıdalı sahəsində edib. Hazırda xəsarət alan 10 sərnişin xəstəxanalara yerləşdirilib.(Modern.az)