Danimarkanın baş naziri Mette Frederiksen 1945-1976-cı illər arasında dövlətə aid uşaq evlərində qalan uşaqların məruz qaldığı cinsi istismar, fiziki və psixoloji şiddət üçün üzr istəyib.

Moderator.az xəbər verir ki, 30 illik müddətdə Danimarkadakı uşaq evlərində istismara məruz qalan yüzlərlə uşağın hökuməti səhvini qəbul edib üzr istəməyə çağırmasından sonra Frederiksen maraqlı bir addım atıb.

Frederiksen qurbanlardan bəzilərini rəsmi iqamətgahında qonaq edib və “Hər birinizin gözlərinə baxaraq üzr istəyirəm. Cinayəti öz üzərimə götürə bilmərəm, amma məsuliyyətinin yükünü çiyinlərim üzərinə götürürəm” deyib.