Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırması zamanı “Zeytunluq” adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub.

Sözügedən ərazidə ağac kəsintisi faktı aşkar olunmayıb.