Çinin cənub-qərbində torpaq sürüşməsi baş verib.

aenpress.info Trend-in məlumatına istinaden xeber verir ki, təbbi fəlakət nəticəsində 6 nəfər torpaq altında qalaraq ölüb. Daha 1 nəfərin itkin düşdüyü bildirilir.

Məlumata görə, 70 min kub metrlik dağ massivi yaxınlıqdakı iki yaşayış evinin üstünə dağılıb. Ərazidə növbəti sürüşmələrin olması istisna edilmir.