Qurban bayramı günlərində Qurani-Kərim öyrədicisi Hacı Kəmalə xanımın təşkilatçılığı ilə Azərbaycanımızın səfalı yerlərinə, müqəddəs ziyarətgahlardan ikisinə – Gəncədə “İmamzadə”yə, Gədəbəydə isə “HaçaQaya” ziyarətgahlarında olduq. Həmin yerlər və müqəddəslər haqqında qısa tanıtım:
Qurban bayramı necə yaranıb?…Allah Təala Həzrət İbrahimi (ə) – Öz müxlis bəndəsini sınağa çəkir. Sevimli övladını qurban kəsməyi buyurur ona, Rəbbi… İlahi buyuruğunu yerinə yetirmək üçün oğlunu götürüb Minaya gedir – Həzrət İbrahim (ə). Oğlunu Allah yolunda qurban kəsmək istərkən, möcüzə baş verir – kəsmir bıçaq!
İlahi tərəfdən bəndənin üzərinə düşən vəzifə nə qədər çətin olsa da, İlahi eşqin şirinliyi bu çətinliyə qalib qəlir. Lakin bu anda kəsməyə məhkum olan iti bir bıçaq, öz kəsmək funksiyasını yerinə yetirməyə aciz qalır!.. Bıçaq hərəkətə gətirilir, baş bıçağın altında, amma iti bir bıçaq kəsmir.
Allahın əmin mələyi – Həzrət Cəbrayıl (ə) nazil olaraq, Həzrət İbrahimə (ə) buyurur ki, o, İlahi imtahandan şərəflə çıxmışdır. Bir qoyun əta edilir, Həzrət İbrahimə – İsmayıl qurbanlığı. İsmayılın yerinə, ona bunu qurban kəsmək buyurulur.
İlahi!.. Necə heyrətli bir səhnə! Necə vücudi bir durum! Kəsməli olan bəndə də, kəsilməli olan bəndə də şərəflə öz imtahanlarını verirlər! Bütün yaradılış aləmi, bu vücudi səhnəni qibtə ilə seyr edir. Budur həqiqi insan! Budur, bəndə! Budur kamil bəndə məqamı! İnsan bəndəlik məqamına, kamillik məqamına beləcə ucalır! Bu şərəfli imtahanın müqabilində bir gerçək kəsilməli İsmayıl qurbanlığı bəşərə hədiyyə edilir…
Minaya ayaq basmış hacılar, Allah dərgahında bu səhnəni yaşayaraq, Allah dərgahında qurban kəsirlər.
Bu mətləbdir, Qurban bayramının fəlsəfəsini özündə təcəssüm edən, İlahi Quran məntiqindən əxz edilən gözəl və dərin bir mətləb!.. Uca Allaha həqiqi bəndəlik etmək məqamının daşıyıcısı olmaq və bu ülvi məqamı hər bir şəraitdə yaşatmaq, çətinliklərə sinə gərərək, həyata keçirmək. Hər bir müsəlmanın üzərinə bu vücudi səhnədən lazımi nəticə çıxarmaq vəzifəsi gəlir.
HAÇAQAYA ziyarətgahı haqqında:

Tovuzla Gədəbəy arasında yerləşən Haçaqayaya Xınna dərəsindən qalxan yol Keşkənd yolu ilə çox sərt yamacdan keçir. İnzibati olaraq Tovuz rayonuna aid olsa da, buraya nisbətən rahat yolla yalnız Gədəbəyin Slavyanka kəndi ərazisindən keçərək getmək mümkündür. Slavyankadan 21 kmlik məsafədəki pirə maşınla 2 – 3 saatlıq yoldur. Yol boyu bulaq suları, möhtəşəm dağ mənzərəsinin m…üşaiət etdiyi bu yer Qərb zonasının ən böyük ziyarətgahıdır. Yüksəklərə qalxdıqca yaylaq camaatının qurduğu alaçıqlar çıxır qarşınıza. Yerlilər bu yaylaq evlərinə “binə” deyirlər.

Haçaqaya təbiət abidəsidir. Sanki iki yerə bölünüb. Yaxınlığında kümbəz deyilən bir yer var. Bir qaya parçasının üzərində əl və ayaq izləri var ki, bunların Həzrəti Əliyə aid olduğuna inanırlar. Buna görə də daşa ehtiram göstərirlər. Ziyarətgah may – oktyabr aylarında ziyarətçilərin axınına uğrayır. Elə ki, havalar soyuyur, ziyarətgaha gələnlərin də arası kəsilir. 2200 metr yüksəklikdə yerləşən ziyarətgaha ilk qar oktyabr ayında düşür.

Təbiət abidəsi olan Haçaqaya möcüzə hesab edilir. Əfsanəyə görə, qayanı Həzrəti Əli qılıncı ilə parçalayıb, daha sonra burada namaz qılıb və Allaha dua edib. O vaxtdan yerin adı Haçaqaya qalıb, yəni iki yerə parçalanmış dağ. Adla bağlı ən geniş yayılmış əfsanə belədir.

Bir gün Həzrəti Əliyə xəbər çatır ki, Tovuz – Qazax ellərində, Salsal adında bir pəhləvan müsəlman camaata zülm edir. Əli atı Düldülə minir. İndiki Haçaqaya dağlarında Salsal pəhləvanla üz – üzə gəlir. Qılıncı ilə pəhləvana zərbə endirir. Amma qılınc Salsalı kəsmir. Hz. Əli hirslənərək qılıncı dağa çırpır. Dağ iki yerə paralanır. O, əllərini göyə qaldırıb: “İlahi, bu nə möcüzədir?” deyə soruşur. Göydən səs gəlir ki, onun əynində 124 min peyğəmbərin adı yazılmış libas geyinib. Ona görə qılınc onu kəsmədi. Belə olan halda Əli Salsalı başının üstünə qaldırıb Zəyəm çayına tullayır və həmin yerdə namaz qılır. Buraya ziyarətə gələnlər həmin qayanı qırar, bərəkət, ruzi olsun – deyə evlərinə apararlar.

Camaatın Allaha dua etmək üçün üz tut-duğu məkandır. Qayanın üstünə çıxıb, ordan yarığın içinə də girmək 400 pilləlik xüsusi dəmir pilləkənlər vasitəsilə mümkündür. Haçaqayanın içərisinə daxil olanı vahimə basır. Qayaların arasında adam özünü qarışqa kimi hiss edir. Sanki divarlar indi üstünə uçacaq. Qaya divarlarının arasından yay – qış həmişə su damcılayır. Qılıncın zərbəsindən ağlamağa başlayan qayanın gözyaşı olduğuna inanırlar. Bu ziyarəti tamamlamaq xeyli yorucu, amma olduqca maraqlıdır. Ziyarət sonrası fiziki və ruhani rahatlıq hiss edilir

Gəncə imamzadə türbəsinin yerində ilk tikilinin inşa olunması tarixi bizim eranın VIII əsrinə təsadüf edir. Şiə İslamının müqəddəs şəxsiyyətlərindən biri hesab edilən beşinci şiə imamı Məhəmməd Bağırın övladları bəhs edilən dövrdə İslam peyğəmbəri nəslinin nümayəndələrinə qarşı təqiblər həyata keçirən Əməvilər xilafəti (661-750) rəhbər dairələrinin əməllərindən can qurtarmaq üçün İrana və Azərbaycanın şəhərlərinə üz tutmuşlar. Bunlardan iki qardaş şahzadə İbrahim və İsmayıl Bərdəyə və Gəncəyə üz tutmuş, lakin bir müddət sonra düşmənləri onları tapmış və qətlə yetirmişlər.[1]
Şahzadə İsmayılın vəfatından sonra Bərdədə imamzadə ucaldıldığı kimi, Gəncədə də şahzadə İbrahimin şəhadətə yetməsindən sonra onun məzarı üzərində türbə inşa edilmişdir.[2] Gəncə imamzadə türbəsinin daxili hissəsində, iç divarından aşkar olunmuş kitabədə bu məsələ ilə bağlı mühüm tarixi fakt əks olunmuşdur. Görkəmli tədqiqatçılar – arxeoloq İshaq Cəfərzadə və epiqrafika sahəsində əhəmiyyətli tədqiqatların müəllifi olan professor Məşədixanım Nemət tərəfindən tədqiq olunmuş bu yazı aşağıdakı kimi oxunmuşdur:
O, Allah əbədidir. Bu, İmam Məhəmməd Bağırın – ona salam olsun – oğlu mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir – Allahın ona salavatı olsun[3]

Bu kitabə İmamzadə türbəsinin birinci mərtəbəsində, abidənin iç divarına hörülmüş kiçik mərmər lövhədən ibarətdir. Kitabədəki yazılar ərəbcədir. Burada əks olunmuş dəqiq xronoloji göstərici hicri tarixlə 120-ci ildir. Miladi təqvimdə qeyd olunan tarix 739-740-cı illərə təsadüf edir. Məhz bu baxımdan Gəncə imamzadə türbəsinin ilkin inşa olunma tarixi şahzadə İbrahimin vəfat etdiyi dövrlə bağlıdır və abidə haqlı olaraq erkən orta əsrlər dövrünün ən dəyərli memarlıq nümunələrindən biri hesab edilir.[4] Gəncə imamzadə türbəsinin bəhs olunan dövrdə olmuş görkəmi müasir xarici görünüşü kimi möhtəşəm deyildi. Yalnız müəyyən müddət sonra Gəncə imamzadəsinin yenidən bərpası, ətrafında abadlaşdırma, yenidənqurma tədbirlərinin həyata keçirilməsi nəticəsində abidə böyük bir kompleksə çevrilməyə başlamışdır.

2010-2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.

Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyev 1 mart 2010-cu ildə “İmamzadə” kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılması haqqında sərəncam imzalayıb.[15]

30 dekabr 2011-ci ildə “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılması haqqında sərəncam imzalanıb.[16] 24 yanvar 2012-ci ildə “İmamzadə” kompleksində isə əsaslı təmir və bərpa işləri davam etdirilməsi də daxil Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalanıb.[17]

İ. Əliyev 5 iyun 2013-cü ildə “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.[18] 16 may 2014-cü ildə Prezident, “İmamzadə” kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.[19]

21 oktyabr 2014-cü ildə “İmamzadə” kompleksinin bərpası da daxil Gəncənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalanıb.[20] İ. Əliyev 5 noyabr 2014-cü ildə “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.[21]

İbadətgahda yerləşən kaşı işləməli mehrab restavrasiya işlərindən sonra
İ. Əliyev 9 aprel 2015-ci ildə “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması, o cümlədən Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.[22]

9 sentyabr 2015-ci ildə Preziden “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılması haqqında daha bir sərəncam imzalayıb.[23] 9 fevral 2016-cı ildə Zazalı-İmamzadə kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon mana ayrılması üçün sərəncam imzalanmışdır.[24]

İ. Əliyev burada görülən işlərlə şəxsən bir neçə dəfə: 9 fevral 2011[25], 21 yanvar 2012[26], 18 oktyabr 2014[27] və 17 fevral 2016-cı ildə tanış olub.[28]

Kompleksin ərazisinin 10 min kvadratmetrinə asfalt örtüyü salınıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb, infrastruktur yaradılmışdır. Burada 42 metr hündürlüyündə 2 minarə, namazgah və ziyarət zalı tikilib. Ərazidə 500 avtomobil üçün 2 dayanacaq inşa edilib. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Layihəni icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib. Ziyarətgahın üçmərtəbəli əsas binasının birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxana kimi istifadə üçün nəzərdə tutulmuşdur.

Posted in: Din