Diareya, növləri və müalicəsi
İshal və ya diareya (yunanca “diarrhea” – “axıram” sözündəndir) – nəcisin miqdarında suyun və defekasiya aktının (gündə üç dəfədən çox) artmasıdır. Ürəkbulanma, qusma və qarın nahiyəsində ağrı ilə müşahidə olunur.

Diareyanın səbəbləri.

İnfeksiya (bakteriya, virus, qurd invaziyaları), antibiotiklərin qəbulu, nevroloji səbəblər (stress və s.), nazik və yoğun bağırsağın xəstəlikləri, qaraciyər, öd kiisəsi, mədəaltı vəzi xəstəlikləri, müxtəlif endokrin səbəblər.

Diareyanın əlamətləri.

Diareyanın ümumi əlamətlərinə aiddirlər: sulu nəcis, tez-tez nəcis ifrazı istəyi, susuzluq, halsızlıq, ürəkbulanma, qusma, bədən hərarətinin yüksəlməsi, qarın ağrısı ve meteorizm.

Diareyananın növləri.

Diareya kəskin və xroniki formada özünü biruzə verir. Bir həftədən az davam edən diareya kəskin diareya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır.

Xroniki diareya – enteral (nazik bağırsaq mənşəli ) və kolitik (yoğun bağırsaq mənşəli) olur.