Çinin şərqində “Lekima” qasırğasının qurbanlarının sayı 44 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin daşqınlarla mübarizə üzrə Qərargahının məlumatında deyilir.

Məlumata əsasən, Çjetsyan əyalətində ölənlərin sayı 39 nəfərə çatıb, 9 nəfər isə itkin düşmüş sayılır. Ölkənin Şandun əyalətində qasırğa 5 nəfərin həyatına son qoyub, 7 nəfər isə itkin düşmüş sayılır.